Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktup”da rol alıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqala müharibəsindən bəhs edən və Türkiyə kino tarixinin ən görkəmli filmlərindən biri olmağa namizəd göstərilən filmin ilk kadrları mətbuatda yayılıb. 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktub” martda nümayiş olunacaq. Filmin baş rollarını Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırır.