Uşaqlığımızın bu şən atributlarına görə, valideynlərdən yaxşı qapaz yemək olardı. Amma etiraf edək ki, bu oyuncaqlar indikələrin yanında heç nədir.
Bunlarsız sovet dövründəki uşaqlığının təsəvvürü belə çətindir. Biz hansısa yaramaz xuliqan olmalışıq. Lakin həyətdə uşaqlarla nə ilə məşğul olduğumuzu yada salanda, indi utanırıq. Çünki bizim bacarığımıza əsl ekstremistlər belə, həsəd apara bilər.
FaktXəbər.com oxuculara bu nostaljinı təqdim edir.
Bu dövrdəki uşaqlarda kompüter yox idi və bununla da hər şey aydınlaşır. Bəli, biz onlayn oyunların nə olduğunu bilmiridk. Bizim bütün əyləncələrimiz tumbalarda, qarajda, eyvanda gizli saxlanılırdı. İndi də əminliklə deyə bilərik ki, bizim uşaqlığımız komüterdən qat-qat maraqlı və mənalı idi.
Sapand
Sapandı xatırlayan var? Onlar iki növ idi: Klassik və müasir. Klassik qalın ağacın haça budaqları, jqut və bir parça dəridən hazırlanırdı. Sonra bunları yaxşıca mis məftillə və ya goy izolentlə bərkitilirdi. Sapandın dagıdıcı gücü hər kəsi dəhşətə salırdı. Bir neçə 10 metirlik məsafədən asanlıqla istənilən obyekti vurmaq mümkün idi. Müasir sapand isə qalın naqildən hazırlanırdı və ölçü cəhətdən kiçik olduğu üçün onu valideynlərdən gizlətmək daha asan olurdu. Bundan əlavə o, daha yaxın məsafəni vurmaq üçün idi. Klassik sapandda daşdan istifadə edildiyi halda, bundan sadəcə kağız istifadə olunurdu.
“Brızqılka”
Bu, yaxın məsafəli su “döyüşu” üçün əvəzolunmaz silah idi.
Bir litirlik şampun qabından və plastik şüşələrdən hazırlanırdı. Qapağının da üstünü mismarla yaxşıca deşilirdi. Sonra isə həmin qaba su dolduraraq fisqırda-fısqırda düşürdün həyətdəki camaatın canına.
Mizraq
Uşaqlıqda pul olmadığı üçün mizraq almaq olduqca çətin bir məsələ idi. Ona görə də, anamızdan oğurladığımız iynənin qeyri-ənənəvi (mizraq) funksiyası işə düşdü. Mizraqın düzəldilməsi üçün kağız, 4 kibrit çöpü, iynə və lazım idi. Onu düzəldəndən sonra otağın xalcasına əldəqayırma hədəfləri asaraq, vururduq.
Bumeranq
İndi mağazalarda onun istənilən formasını asanlıqla almaq olar. Lakin 80-ci illərin axırlarında belə bir şey satılmayıb. Biz bu çətin vəziyyətdən aşağıdakı üslubla çıxırdıq: iki ədəd 30 santimetirlik taxta xətkeşi alaraq xaç formasında izolyasiya lenti bağlayırdıq. Nəticədə əla bumeranq alınırdı.
Tüpürmə borusu
Nazik metal borudan və içi boş qələmdən hazırlanan bu “silah” oğlanlar üçün daha bir ayrılmaz atribut idi. Belə bir metal borunu tapmaq olduqca çətin idi və həyətdə uşaqlar arasında onun dəyəri qızıl qiymətinə idi. Bu silahın gullələri plastilin və ya islanmış kağız idi. Sonradan metal boru qələmlə, plastilin isə qreçka ilə əvəzləndi.
Balaca cib bıçağı
Şübhəsiz ki, hər bir oğlan uşağında belə bir açılıb-bükülən bıçaq var idi. Bu onun iftixar predmeti olub. Adətən bıçaq ananın gözünün görmədiyi yerdə saxlanılırdı və həmişə toz-torpağın içində olurdu. Niyə? Çünki onunla yalnız “Nojiçki” oyununu oynayırdılar. Oyunun şərtləri də çox sadə idi. Məsələn, bir dairə çəkilirdi və o oyunun iştirakçılarının sayı qədər bölünurdü. Sonra bıçağı “düşmən” durduğu tərəfə batıraraq, onun ərazısındən kəsilirdi.
Qurğuşun
Necə də bu söz uşaq ürəyi üçün doğmadır. Qurğuşunu əsasən köhnə akkumulyatordan əldə edirdik. Sonra onu konserv bankaları və ya köhnə qazanların içinə tökərək tonqalın üstnə qoyurduq. Qurğuşunun maye halına düşəcəyini səbirsizliklə gözləyirdik. Nəticədə əldə onunan maye metaldan müxtəlif oyuncaqlar və ya breloklar düzəldirdik.
Karbid
Kalsium karbid bir uşaq üçün əsl tapıntı sayılırdı. Onu suya atanda reaksiya verərək, qaz ixrac olunurdu.
Kabridlə nə oyunlardan çıxmırdıq. Onu adi gölməçəyə ataraq yandırırdıq. Ya da butılkanın içinə atıb ağzını bağlayırdıq.
Tonqalda şifer
Düşünürəm ki, siz siferlə ocaqda nə baş verdiyini asanlıqla yada sala bilərsiz. Duzdür, o partlayır. Özü də elə partlayır ki, tonqaldan demək olar ki, bir şey qalmır. Bu hərəkətlə şifer bizə unudulmaz sevinc bəxş edirdi.
May böcəyi
Uşaqlar may böcəklərini aprel ayından axtarmağa başlayırdı. Dəcəl uşaqlar onları bankalara doldurub, məhəlləyə gətirirdi. Həyətdə uşaqların bu böcəklərin başına açdıqlarını soyqırım adlandırmaq olar.
Piston
O dövrdə hər kəsin piston atan tapancası olub. Oların necə alışdığına baxmaq xüsusi zövq verirdi. Pistonu büküb, üstündən çəkiclə vuranda, qulaq ən azı 10 dəqiqə ərzində batırdı.
Böyüdücü şüşə
Lupa uşaqların əsas sərvəti sayılırdı. Onun vasitəsilə həm böcəyə baxmaq, həm də günəşli havada tonqal qalamaq olurdu. Lupa nə qədər böyük olarsa, istifadəsi o qədər asandır.
Kibrit atan
Adi çubuqdan və ya paltar sıxacından (şpilka) rahat şəkildə kibrit atan yığılırdı. Ondan həm də yanan kibrit atmaq mümkün idi.
Bolt və qayka
Bolt və qaykalardan hazırlanan bu silah isə bəzən sağlamlığa ağır zərər vururdu. Belə ki, qykalarla bağlanmış iki boltun arasına kibritin başlığındakı kükürd ovulub tökülürdü. Daha sonra hazırlanmış qurğu göyə atılırdı. Asfaltın üstünə dəyidikdə isə dəhşətli partlayış səsləri eşidilirdi. Bu zaman bir birindən sürətlə ayrılan bolt və qaykaların sizə zərər verməməsi üçün gizlənməyə bir neçə saniyə vaxt qalır, o da gizlənə bilsəz.