Dünən axşam “Sədərək TM”-dən “Koroğlu” metrosu istiqamətində hərəkət edən 211 saylı avtobusda bıçaqlanma hadisəsi baş verib.
Bu haqda şahidlərdən biri atvxəbər.az-a videomaterial göndərib.
Şahidlərin bildirdiyinə görə, hadisənin səbəbi sürücü ilə sərnişinin gediş haqqı üstündə mübahisə etməsi olub. Əsəbləşən sərnişin sürücünü bıçaqlayaraq avtobusu tərk edib. Yaralı halda olan sürücüyə kömək üçün təcili yardım çağırıblar.
Hadisənin videosunu təqdim edirik: