Bakıda qanunları heçə sayan “Lamborghini”nin sahibinin kimliyi bilinib.
Avtomobilin sahibi “Baku Steel Company”nın prezidenti Rasim Məmmədovun maşınıdır. Nomrəsi də 10-AA-784-dür.
LuxLife.Az xəbər verir ki, bu barədə “Azərbaycanın Kriminal Həyatı” Facebook səhifəsində məlumat yayılıb.
Rasimin könlünə düşəndə nömrəni taxır, istəməyəndə isə nömrəsiz gəzir. Ona gözün üstə qaşın var deyən də yoxdur.
Fotolardan məlum olur ki, bu avtomobil Bakı küçələrində həm dövlət nömrə nişanı ilə həm də nömrəsiz hərəkət edir.
Avtomobili isə tez-tez Bakı Dövlət Sirkinin yaxınlığında görürlər.