ABŞ-ın Miçiqan əyalətində keçirilən həvəskar boks qarşılaşması dəhşətli görüntülərə səhnə olub.
ANS PRESS-in məlumatına görə, hadisə Alan Qreys və Xose Conston arasında keçirilən qarşılaşmada baş verib.
Video-çarxda da göründüyü kimi, Xose Constonun vurduğu sərt təpik Qreysin gözünün çıxaraq yerə düşməsinə səbəb olub.
Hadisə tamaşaçılar arasında qorxuya səbəb olsa da, sonradan bu gözün protez olduğu məlum olub.