Məşhur aparıcı Şaron Osbourne canlı yayımda gözlənilməz “qəza” ilə üzləşib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, iki həmkarıyla birlikdə təqdim etdiyi proqram əsnasında danışan aparıcının ağzındakı implant dişlərdən biri düşüb.
“Problem deyil, implantlarımdan bir dənəsi düşüb. Bunun üçün bir sərvət xərclədim və bu diş ağzımdan düşdü. Yanında yapışqan olan varmı?” deyən Osbourne dişi götürərək proqrama davam edib.