Məşhur “Euronews” kanalı Bakı ilə bağlı süjet hazırlayıb.
Materialda ölkəmizin zəngin tarixi və müasir şəhərləri barədə məlumat verilib. Eyni zamanda, süjetdə Bakının müasirləşdiyini göstərən görüntülər də əks olunub.
Anspress.com -un xəbərinə görə “Euronews” Azərbaycanın neft sərmayələri və çoxsaylı beynəlxalq layihələr vasitəsilə sürətli inkişafına diqqət çəkib. Bakının gələn il ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi xatırladılır.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilk Avropa Oyunları ilə bağlı danışıb və gecikmə olmayacağını bildirib. O, beynəlxalq tədbirin hazırlıqları ilə bağlı narahat olmağa heç bir səbəbin olmadığını qeyd edib.
Materilda yarışların keçiriləcəyi yerlərin əksəriyyətinin artıq hazır olduğu vurğulanıb. Qalan yerlərin isə inşasının yaxın vaxtlarda başa çatacağı bildirilib.