Haqqında Türkiyə hökumətinin Qırmızı bülleten üzrə həbsinə axtarış verilməsi ilə bağlı iddialara Fətullah Gülən cavab verib.
Analitik.az xəbər verir ki, o, deyib: “Qırmızı bülletenlə məni tutdursalar, nə gözəl və xoş olar. Baş üstündə gəlsinlər… Amma bütün bunlarla onları qəbul etməyimi hədəfləyirsə, qətiyyən bu, ola bilməz. Onlar bilməlidir ki, həqiqi mömünlər heç bir zaman nifaq düşüncəsi qarşısında əyilməyib. Əsla səcdəyə qapanmayıblar. Allahın inayətilə və izni ilə həmişə dimdik durublar”.
Bir neçə gün əvvəl həbs edilən mətbuat nümayəndələrilə bağlı isə Gülən bunları söyləyib:“Zənn edirəm Əkrəm bəyin və Hidayət bəyin yerində olmağı arzu edən çox insan var. Onlara oldu da, cənab Allah niyə bu lütfü bizdən əsirgədi, deyirlər. Heç vaxt, Allah əsirgəməz. Əcəba cənab Haqq bizi belə bir şeyə niyə məruz qoymadı? Zəif idikmi? Bir iş görmədikmi əcəba bu məsələ bizə gəlmədi?” Bizə pislik edənlərə Allah şəfa versin, deyən Gülən sonda Ərdoğan hökümətinə insaf, iman da diləyib.
Xatırladaq ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu Güln haqqında Qırmızı bülletenlə axtarış veriləcəyini açıqlamışdı.