Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə məşhur amerikalı milyarder Corc Soros təyin oluna bilər.
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “112-ci telekanalı”na görə, Ali Radadakı mənbələrə və prezident Pyotr Poroşenkonun ətrafındakı şəxslərə istinadən məlumat yayıb.
Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə namizədlər arasında Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti Dominik Stross-Kanın adı da hallanır.
Ümumilikdə hazırda 5 nəfərin namizədliyi nəzərdən keçirilir. Onların arasında ABŞ Federal Rezerv Sisteminin nümayəndələri də var.