İt dərisindən hazırlanan aksesuarlar bütün dünyada məşhurdur və brend sayılır. Bəs görəsən «əsl dəri» adı altında satılan kəmərlər, əlcəklər, çantalar və geyimlər necə hazırlanır.
FaktXəbər-in verdiyi məlumata görə, RETA bu barədə araşdırma apararkən dəhşətli nəticələrlə üzləşib. Belə müəssisələrdən birinin sahibinin sözlərinə görə, 30 min ədəd yarımişlənmiş it dərisi var.
Araşdırma nəticəsində məlum olub ki, işçilərdən biri itin boynundakı xaltadan tutur, digəri isə dəyənəklə başına vurur. Bu addım dərinin zədələnməməsi üçün edilir. Zərbənin təsirindən bəzi heyvanldar huşlarını itirsələr də, digərləri ağrıdan qıvrılır və zingildəyirlər.
Bəzilərinin dərisi boğazından çıxarıldıqdan sonra hələ də nəfəsinmin gəldiyi görülür.
FaktXəbər-in verdiyi məlumata görə, bu üsulla gündə 100-200 it öldürülür.