Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin stilist qızı Buse Terimə vəzifə verildi.
ANS PRESS-in məlumatına görə, Buse Terim nüfuzlu dəb portalı “WGSN” tərəfindən təşkil olunan “2015-ci il Moda Mükafatları” müsabiqəsində münsiflər heyətinin üzvü oldu.
Bu barədə məlumatı Buse Terim sosial şəbəkədəki səhifəsində paylaşıb:
“Gördüyüm işdə ən yaxşı olmaq üçün cəhd edə biləcəyimi göstərən daha bir gözəl xəbər”.
Qeyd edək ki, bu müsabiqə gələn ilin may ayında İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.