Bu gün böyük mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin şəxsi həyatı ilə bağlı sualdan yayına bilməyib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Voronejdən olan jurnalist prezidentin niyə subay olması ilə bağlı soruşub.
“Hər şey qaydasındadır. Narahat olmayın!”, – prezident cavabında deyib.
“Mənim Avropadan olan dostum bir dəfə soruşdu: “Bura bax, sənin sevgilin var? Sən kimisə sevirsən?”. Cavabımda “hə” dedim: Ondan da soruşdum: “Bəs sənin?”. “Bəli, Allaha şükür”, – deyib araq badəsini başına çəkdi. O, yəqin elə qərara gəlib ki, mən tamamilə vəhşiləşmişəm”.
Putin sonra keçmiş həyat yoldaşı Lyudmila Aleksandrovna ilə xoş, dostluq münasibətlərini qoruduğunu da qeyd edib.