Almaniyada Türkiyənin kəşfiyyat idarəsinin (Milli İstihbarat Təşkilatı) əməkdaşı olmaqda şübhəli 3 türk vətəndaşı saxlanılıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, həbs edilən Türkiyə vətəndaşları casusluqa şübhəli bilinir.
Almaniyanın Federal Prokurorluğundan verilən açıqlmaya görə bu ilin 11 noyabrında türk vətəndaşların həbs edilməsi barədə qərar çıxarılıb.
Türkiyə kəşfiyyatına işləməkdə ittiham olunan şəxslər 17 dekabrda tutulub. Şübhəlilər 58 yaşındakı Məhəmməd Taha G., 58 yaşlı Ahmet Duran Y. və 33 yaşlı Göksel G.-dır. Məhəmməd Taha G. və Göksel G.nin dünən Frankfurt hava limanında, Ahmet Duran Y.nin isə yaşadığı Cənub-Şimal Vestfal əyalətində nəzarətə alındığı bildirilən açıqlamada, şübhəlilərin Federal Ali Məhkəməsinə çıxarıldığı qeyd edilib. Məlumatda Məhəmməd Taha G.nin, Ahmet Duran Y. və Göksel G.yə liderlik etdiyi bəyan edilib.
Ahmet Duran Y. və Göksel G.nin Almaniyada yaşayan türklər ilə bağlı və buradakı təşkilatçılıq quruluşu haqqında məlumat topladığı bildirilib.
Casusluqda ittiham edilənlərin bu məlumatları Məhəmməd Taha G.yə çatdırdığı iddia edilib.