“Rauf Arifoğlu və “Yeni Müsavat” qəzeti ilə “Azadlıq” qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşib, qırmızı xətt keçilib”.
AzVision.az xəbər verir ki, bu fikirləri Müsavat başqanı Arif Hacılı Facebook səhifəsində bildirib.
A.Hacılı qeyd edib ki, Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı mənim də xahişimi nəzərə alacağına,bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram.
“Rauf bəydən “Azadlıq”qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm. Bu cəbhə xəttini ləğv etməliyik!”.