Bakıda yeni dünya şöhrətli otel tikilir
Dünyaca məşhur otellər şəbəkəsinə malik İnterContinental Hotels Group (İHG) Azərbaycanda ilk otelini açmaq barədə ilkin razılaşma əldə edilib. Otilin açılışı 2016-cı ilə planlaşdırılır. Qeyd edək ki, həmin otel əvvəllər “Cənub” mehmanxanasının yerləşdiyi ünvanda, Bül-bül prospekti ilə Zərifə Əliyeva prospektinin kəsişməsində inşa ediləcək. Xeyli müddətdir ki, sökülən “Cənub” mehmanxanasının yerində nə tikələcəyini şəhər sakinləri intizarla gözləyirdilər. Artıq bu gün məlum olub ki, həmin yerdə 105 standart, xeyli “lyuks”, “yarılyuks” və bir “prezident lyuks” apartmanları olan möhtəşəm otel tikiləcək. Oteldə həmçinin bağlı hovuz, spa və fitnes klubları, lobbi-bar, gözəl restoranlar fəaliyyət göstərəcək. Otelin inşasını və idarəçiliyini türk şirkəti olan The Ceylan Group həyata keçirəcək. Dünyada “İnterContinental Hotels and Resorts“a məxsus 178 otel fəaliyyət göstərir və 53-ü isə hazırda tikilməkdədir.
Medianews