Amerika höküməti BP şirkətindən böyük məbləğdə cərimə tələb edir.
Amerika qanunvericiliyinə görə, suyun çirklənməsi üçün nəzərdə tutulan cərimə məbləği 18 milyard dolları keçə bilməz. ABŞ höküməti 4 il bundan əvvəl baş vermiş qəzaya görə, BP-nin maximum məbləğdə cərimələnməsi üçün müraciət edib.
Cəzalandırılan şirkət üçün yekun qərar 2015-ci ilin yanvarında keçiriləcək məhkəmə prosesindən sonra veriləcək.
Yeni Orleanın federal məhkəməsi şirkətdə baş vermiş qəzanın “kobud səhlənkarlıq” olmasını təsdiqləyib.
“Neftin bu formada axıdılması BP-nin qəsdən qanunsuz fəaliyyəti ilə bağlıdır”-hakim Karl Barbienin qərarında belə yazılıb.
BP isə baş verən qəzanın kobud səhlənkarlıq olduğu haqda ittihamları rədd edir.
Qeyd edək ki, sözügedən qəza Meksikadakı “Deepwater Horizon” platformasında 2010-cu ilin aprelində baş vermişdi. Qəza zamanı 11 nəfər ölüb, buxtaya isə 3,2-4,9 milyon barel neft axıdılıb. Bu, Amerika tarixində ən böyük ekoloji faciələrdən hesab olunur. Məhkəmə eyni zamanda suya axıdılan neftin dəqiq miqdarını da müəyyən etməlidir.
Qafqazinfo.az