FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyə baş naziri Əhməd Davudoğlu ötən gün AK Partiyasının Ankarada keçirilən toplantısında Avropa Birliyinin əleyhinə kəskin ifadələr işlədib. Baş nazir Davudoğlu deyib: “Avropa Birliyi tətil günündə bəyanat yayamaqla göstərdi ki, onlar bizim hökumət əleyhinə çirkin kampaniyaya başlayıblar.”
Avropa Birliyi Türkiyədə baş verən son həbsləri pisləyən bəyanat yaymışdı. Bəyanatda bildirilir ki, əgər Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirsə, o zaman ölkədə qanunun aliliyi və insan haqlarına tam hörmətlə yanaşmalıdır.