Modern.az saytı “İlk məhəbbət” layihəsində bu dəfə Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun gənclik illərindən bəhs edəcək.
Viktor Yuşşenko 2004-cü ildə prezident seçiləndə ikinci dəfə evləndiyi Katerina Çumaçenko da Ukraynanın birinci ledisi kimi ərini müşayiət edirdi. Üçüncü prezidentin ilk həyat yoldaşı və iki övladının – oğlu Aleksey və qızı Vitalinanın anası Svetlana Koilesnik də, belə demək mümkünsə, bundan sonra yada düşmüşdü. Yuşşenkonu ötən il baş verən inqilab nəticəsində devrilən dördüncü prezident Viktor Yanukoviçlə müqayisədə arvadbaz hesab etmək qətiyyən mümkün deyil. Ancaq Yuşşenkonun da həyatında ilk məhəbbət macərası olub…
Gələcək prezident kolxoz sədrinin qızı ilə niyə evlənmədi?
Viktor Yuşşenko 1975-ci ildə Ternopolda Maliyyə-İqtisad İnstitutunu kənd yerlərində mühasibat uçotu ixtisası üzrə bitirdikdən sonra həmin ilin avqust ayında İvano-Frankovskın Rrovor kəndindəki Oktyabr inqilabının 40 illiyi adına kolxozda baş mühasibin müavini işləməyə başlayıb. Elə oradaca onun kolxoz sədrinin qızı ilə sevgi romanı başlayıb, ancaq gənc mühasib orduda xidmət etməyə getdiyindən, bu sevgi macərası sona çatıb. Viktor hərbi xidmətdən qayıdandan sonra Sumski vilayətinə köçür, 1975-ci ildən 1995-ci ilədək iqtisadçı, sonra SSRİ Dövlət Bankının Ulyanovka şöbəsinin müdiri işləyir. O 1977-ci ildə Kommunist Partiyasına qəbul olunmaqla yanaşı, Sumski Pedaqoji İnstitutunun tələbəsi, sonradan Ukyanovkadakı orta məktəbin Ukrayna dili və ədəbiyyatı müəllimi Svetlana Kolesniklə nikaha girir.
Ulyanovkada bütün qızlar Yuşşenkoya vurulmuşdular
Gələcək prezident Ulyanovkaya 1976-ci ilin payızında, orduda xidmətini başa vurandan dərhal sonra gedib. Boz paltoda, diplomatla hündürboy qara saçlı, ən başlıcası sağ əlində nişan üzüyü olmayan oğlanın bu gəlişi diqqətsiz qalmayıb. Bu müəmmalı qonağın gəlişi bütün kəndə ildırım sürətilə yayılır. Yerli gəlinlər təcili hərəkət marşrutlarını dəyişirlər, onlar Yuşşenkonun məskunlaşdığı evin ətrafından keçirlər. Qocalar köks ötürürlər: “Eh, ay qızlar, itkin düşübsünüz?”. Oğlanlar isə qəzəblənirlər: “Belə şəhərliləri çox görmüşük”. Ancaq tezliklə hər şey səngiyib. Məlum olub ki, yeni ulyanovkalını hər şeydən öncə aşiqanə macəralar deyil, iş maraqlandırır.
Qısa müddət adi iqtisadçı işləyən keçmiş əsgər 22 yaşında SSRİ Dövlət Bankının Ulyanovka şöbəsinin rəhbəri olur. “O zaman bizdə 18 nəfər işləyirdi. Hamısı da qadın idi”, – baş mühasib Nadejda Bilozor xatırladıb əlavə edir:
“Bizə yeni rəis gələcəyindən, əlbəttə, xəbərdar idik. Çox həyəcan keçirirdik. Qorxurduq ki, tabeçiliyindəkilərə münasibəti pis olacaq”.
Yeni rəis fenomenal yaddaşı ilə qısa müddətdə əməkdaşlarını heyran edir. O, demək olar bütün təlimatları və qanunları əzbər bilirdi. Bununla da tez bir zamanda əvvəlcədən düşünülən qorxu hissini yoxa çıxara bilir. İqtisadçı Qalina Zeraya o günləri belə xatırlayır: “O heç vaxt bizə səsini qaldırmazdı. Ancaq elə utandırmağı bacarırdı ki, məsələn, mən otağından güllə kimi çıxırdım. Bizim hər birimizi evdə ərimiz və uşaqlarımız gözləyirdi, hər birimizin təsərrüfatı vardı, bu səbəbdən biz bankda işləməyi o qədər də istəmirdik. Ancaq Viktor Andreyeviç bizi işləməyə məcbur etdi”.
Bankın keçmiş əməkdaşları sabiq rəislərinə borclu olduqlarını təsdiqləyirlər.
Bütün oğlanların pərəstiş etdiyi qız…
Svetlana Kolesnik Viktor Yuşşenkonun birinci arvadı, ilk övladları – oğlu Andreyin və qızı Vitalinanın anasıdır. Svetalana 1959-cu il aprelin 12-də Sumski vilayətinin Ulyanovka şəhərində anadan olub.
Svetlana Kolesnik kəndin ən gözəl qızlarından biri sayılırdı: Qalın sarışın saçları, iri mavi gözləri, incə beli var idi, amma çox asanlıqla ələ alınmaz idi. Kəndin demək olar bütün oğlanları ona pərəstiş edər, arxasınca göz qoyardılar, ancaq hamısı yaxınlaşmağa çəkinərdilər. Bir dəfə axşamüstü işdən evə qayıdanda (Kolesniklərin evləri bankın binasına yaxın idi) birdən arxadan səs eşidir: “Gözəl qız, olar mən sizi ötürüm?”. Çevriləndə qarşısında kənddə ən tanınmış subay oğlanı görür. Bu gözlənilməz tanışlıq tezliklə qarşılıqlı məhəbbətə, qısaca desək, yarım il sonra onların evlənməsi ilə nəticələnir. Toy mərasimi çox şənlikli keçir. Gəlin şəhər dəbində qısa fata geyinir, halbuki kənd yerində gəlinin bu cür geyimini alqışlamırdılar. Bir müddət sonra Yuşşenkonun ailəsinə tikintisi yenicə başa çatan binada iki otaqlı mənzil verirlər. Bundan bir qədər sonra isə “Jiquli” alırlar. Sonra isə onların Vitalina adlı qızları dünyaya gəlir.
Viktor Andreyeviç gözəl ata olub. Bütün boş vaxtını övladı ilə keçirirdi. Svetlana zarafatla deyirdi: “Ərimin yeganə çatışmazlığı – ağac üzərində oymaya qarşı ehtirasıdır”. Onların evindəki xalçanın üstündə kiçik bir dülgər stolu arxasında dayanan gənc bankir daim nəsə mişarlar, oyar, kəsərdi.
“Sveta və Viktor bizim qəsəbəmizin ən gözəl və ziyalı bir cütlüyü olub”, – ulyanovkalılar bir ağızdan deyirlər. “Heç vaxt mübahisə etməzdilər. Bizə elə gəlirdi ki, onlar birlikdə bütün həyatlarını yaşayacaqlar”, – bunu da qəsəbə sakinləri bildirirlər.
Ulyanovkadan Kiyevə köç…
1985-ci ilin iyulunda Yuşşenkonun ailəsi Kiyevə gedir, orada millətin gələcək lideri Dövlət Bankının (kolxoz kredit şöbəsi) respublika kontorunda işləməyə başlayır. O 1989-ci ildə Aqrarsənaye Bankında Vadim Qetmanın sədr müavini vəzifəsinə keçir və İnstitut küçəsindəki binanın birinci mərtəbəsində mənzil alır.
Ancaq onun həyat yoldaşı işə düzəlmir, dünyəvi həyat tərzi keçirməyə başlayır. O, bankın sürücüsündən xahiş edib maşın alır, onunla mağazaları gəzir, əyalətdə böyümüş xanım böyük rəislərin qadınlarına xas ötkəmlik göstərir. Onların münasibətləri tədricən korlanır: Viktorun bəzi xasiyyəti xanımını qıcıqlandırır. Viktor eyni zamanda ona bahalı hədiyyələr verməkdə davam edir.
“Reno” maşını alır. Ancaq Yuşşenkonun bankdan aldığı əmək haqqının maşın almağa çatmaması məsələsi, onun pulu haradan əldə etməsi sualını ortaya çıxarır.
Yuşşenkonun birinci həyat yoldaşını heç kim öldürməyib
Svetlana Kolesnik personası ətrafında ən inanılmaz şayiələr yayılıb. Ən qalmaqallısı, sözsüz ki, Viktor Andreyeviçin birinci həyat yoldaşının gah İsveçdə öldürülməsi, gah da avtomobil qəzasında həlak olması ilə bağlı olub. Bu ağlasığmaz dedi-qodu İnternet vasitəsilə həm də Ukraynada 2004-cü ildə keçirilən prezident seçkiləri kampaniyası başlayana qədər gəzməyə başlayıb.
Sonradan bu qaranlıq tarixə bir qədər işıq salmaq mümkün olub. 1996-cı ildə (o vaxt Yuşşenko Milli Banka rəhbərlik edib) Ulyanovkadan olan ailənin keçmiş tanışlarını Yuşşenko bir həftə Kiyevdəki mənzilində tanınmış yerliləri kimi qonaq saxlayıb. Adlarını çəkməsələr də, onlar bu barədə danışıblar:
“Sveta ilə Viktorun şəxsi həyatının hamar getmədiyi gələcək prezident Ulyanovkadan paytaxta gələndən bir neçə gün sonra hiss olunub”.
Bunu qonaqlar da dərhal hiss ediblər. Ərlə-arvad bir-birilə danışmayıblar. Yuşşenko evə gələndə Sveta öz otağına çəkilib, əri işə gedənə qədər oradan çıxmayıb. Qonaqlara elə gəlib ki, evin sahibəsi qəmgin olub və zorla gülümsəyib, halbuki yaşayışından şikayət etməyib. Nə baş verdiyini isə yerliləri soruşmağa utanıblar. Onlar bu gün də deyirlər ki, boşanmanın əsl səbəbini bilmirlər. Ancaq güman edirlər ki, bu boşanmaya Svetlananın dinə fanatik münasibəti olub.
Yuşşenkoya hədsiz sevgi, uşaq doğmaq istəyi və kliniki ölüm…
“Svetada dəyişiklik hələ Ulyanovkada yaşadığı zaman baş verib”, – o zamankı proseslərin şahidlərindən biri deyir. Onun sözlərinə görə, Viktor Andreyeviç istəyirdi ki, çoxlu uşağı olsun: “Svetanın qızı dünyaya gələndən sonra həkimlər belə bir hökm çıxarırlar: “Əgər yaşamaq istəyirsənsə, bir daha uşaq dünyaya gətirmə!”. Ancaq o, ərini çox sevdiyindən ikinci hamiləliyə qərar verir. Doğuş zamanı Sveta kliniki ölüm keçirir, onu möcüzə nəticəsində xilas edirlər, bundan sonra ürəkdən xristian olur. Deyirlər ki, doğuş zamanı huşunu itirəndə ona öncəgörmə qabiliyyəti gəlib. Bundan sonra Yuşşenkonun mənzilindəki bütün xalçalar və xalılar yığışdırılıb. Evin sahibəsi yalnız qara paltar geyinib.
Yuşşenko birinci arvadını hər şeylə təmin edib…
Amma yerlilərinin sözlərinə görə, Svetlana Kolesnikin yaşayışı o qədər də pis deyil. Birincisi, Viktor Andreyeviç onu maddi çəhətdən təmin edib, Kiyevin mərkəzində ev verib, bu səbəbdən keçmiş ərindən inciməyə dəyməz. İkincisi, boşanandan bir neçə il sonra Sveta Sergey adlı yeni sevgilisi ilə rastlaşıb. O, Yuşşenkonun keçmiş həyat yoldaşından 10 yaş balacadır.
Yeri gəlmişkən, Svetanın ailəsi bu boşanmaya görə Yuşşenkoya qəzəbli deyillər. Keçmiş qayınanası prezident seçkilərində hətta Yuşşenkoya səs verib.
Yuşşenkonun mərhum anası oğlunun boşanması haqda danışarkən deyb: “Mən Vitya ilə Svetlananın boşanmasından çox məyus oldum. O hələ də mənim yanıma gəir. Sveta bir dəfə dedi: “Bizim boşanmağımızda heç kimin günahı yoxdur, yalnız özümüz günahkarıq””. Yuşşenkonun keçmiş arvadı evinin yanında kilsə tikdirib.
Yuşşenkonun birincia arvadı dindardır
Svetlana Yuşşenko ilə sıx təmasda olan insanların sözlərinə görə, o, dinə hədsiz sitayiş edən və mömin insandır, demək olar, bütün boş vaxtlarını kilsədə keçirir.
Hazırda Svetlana Yuşşenko Kiyev yaxınlığındakı Vasilkovski rayonunun İvankoviçi kəndində yaşayır. İvankoviçi kəndinin köklü sakinləri adi kiçik, köhnə evlərdə yaşayırlar, burada yalnız bir neçə yeni tikintiyə rast gəlmək olar.
Svetlananın yeni əri ilə yaşadığı ikimərtəbəli evin təxminən 20 sotluq ərazısi var. İki metrlik daş hasarla əhatəyə alınan ərazidə qaraj da tikilib. Hətta deyilənə görə, onun iki maşını var.
Kiçik həyətə plitə döşənib, yeri gəlmişkən, həyət qapısı açıq olduğundan jurnalistlərin Svetlananın yaşadığı ərazini əməlli-başlı izləmək imkanları olub. Bu həm də ona görə mümkün olub ki, həyətdə it saxlanılmır.
Svetlana öz evinin qarşısında daha bir 20 sot yer alıb, orada hazırda kilsənin tikintisi gedir. Bu əraziyə kərpic gətiriləndə bir çoxları düşünüb ki, Svetlananın Viktor Yuşşenko ilə evlilikdən olan oğlu Andrey üçün orada yeni ev tikiləcək. Ancaq sonradan məlum olub ki, keçmiş prezidentin ilk həyat yoldaşı burada kilsə tikdirir. Oğlu Andreyə gəldikdə, onun bayramlarda və istirahət günlərində anasının yanına getdiyi bildirilir. Qonşuların sözlərinə görə, hətta qızı Vitalina da vaxtaşırı anasına baş çəkir.
Orada olan jurnalistlərə məlum olub ki, bu kənddə bir sot torpaq 1,5-3 min dollaradır. 2004-cü ildə prezident seçkiləri ərəfəsi Viktor Yuşşenkonun birinci arvadı yeni əri ilə Sadovoy küçəsində ev alıb. Həmin yerin əvvəlki sahibi Korneyçuk soyadlı birisi olub. O, Ukrayna daxili işlər nazirinin keçmiş müavini imiş.
http://s014.radikal.ru/i327/1412/74/d38a593f336c.jpg
http://s020.radikal.ru/i703/1412/7d/889bb95436a0.jpg