“İrəvan aeroportunda Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları bizi təyyarədən məcburən endirərək gözləmə zalına apardılar”.
Bu sözləri İrəvanda məcburi eniş edən Ukrayna Hava Yollarına məxsus təyyarədə olan 25 azərbaycanlıdan biri, Kiyev Milli Aviasiya Universitetinin tələbəsi, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvü Səfərəli Babayev Diaspora TV-ə müsahibəsində deyib.
O, Ermənistanda azərbaycanlıların başına gələnlərdən danışıb.
“Məcburi enişə səbəb təyyarədə yaranmış nasazlıq olub. İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təyyarədən məcburən endirilərək gözləmə zalına aparıldılar. Burada azərbaycanlılara pasportlarına sərhəd keçid məntəqəsində möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olundu. Azərbaycanlıların təkidindən sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görüldü. Uzun müddət aradan sonra təyyarə ilə Tiflisə yola salındıq”.
Qeyd edək ki, uzun müddət gözləyən azərbaycanlı tələbələr ermənilərdən adi su belə almayıblar.
Xatırladaq ki, ötən gün Ukrayna Hava Yollarına məxsus göyərtəsində 25 azərbaycanlının da olduğu Kiyev-Tiflis reysini həyata keçirən təyyarə Irəvanda məcburi eniş etmişdi.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.