Türkiyəli məşhur aktrisa Hülya Avşar Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Musavat.com-un məlumatına görə, Avşar şəxsiyyətini alçaltdığı üçün CHP liderindən 100 min türk lirəsi təzminat tələb edir. Avşar qızı adından vəkillər Kərəm Hasbakkal və Eda Ergün İstanbul Hüquq Məhkəməsinə 3 səhifəlik ərizə təqdim edib.
Qeyd edək ki, Türkiyədə prezident sarayına çox pul xərcləndiyi üçün hökumət tənqidlərə məruz qalmışdı. Hülya Avşar o vaxt sarayı ziyarət edərək “Heç də dəbdəbəli deyil. Mənim evim daha dəbdəbəlidir” demişdi.
Bundan sonra Kılıçdaroğlu Avşarı yaltaq adlandırmışdı.