FaktXeber.com-un Londonda nəşr olanan ərəbdilli “Rəy Əl-Youm” qəzetinə istinadən verdiyi məlumata görə, son zamanlar neftin Fars Körfəzi ölkələri tərəfindən ucuzlaşdırılması getdikcə onların özünə ziyanla nəticələnməkdədir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Fars Körfəzində yerləşən ərəb ölkələrinin neftən gələn illik gəlirləri 730 milyard dollardır. Maraqlı budur ki, 2000-ci ildən bəri onlar, hər il əldə etrdikləri gəlirlərin 150 milyard dollarını bu ölkələrdə ehtimal olunan inqilabların qarşısnı almaq üçün ayrıca büdcə kimi formalaşdırırdılar. Bu rəqəm 2014-cü ildə kəskin surətdə artaraq 547 milyard dollara çatmışdı. Məqsəd isə Qərbdə “Ərəb baharı”, müsəlman ölkələrində isə “İslam oyanışı” adı ilə tanınan inqilab dalğasını yatırmaqdır.
Neftin qiymətinin 50 faiz enməsi sözügedən ölkələrə 350 milyard dollar ziyan vuracaq. Yaranan büdcə kəsrinin qarşısını almaq üçün isə həmin ölkələr rezerv fonda olan 2500 milyard dollardan istifadə etmək məcburiyyətində qalacaq.
Qəzet daha sonra Səudiyyə Ərəbistanının neftin hasilatını azaltmamasının əsas səbəbi kimi ABŞ və Riyad arasında Rusiyaya zərbə vurmaq üçün gizli anlaşmaya işarə edib.