Dekabrın 23-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni imzalayıb.
“Media forum” saytı xatırladır ki,Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.
Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkədə təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.