“17 dekabr –Korrupsiya və Rüşvətlə bağlı Araşdırma”dan sonra həbs olunan, 2 ay sonra isə azadlığa çıxan azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab ifadə verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, vəkili Şeyda Yıldırımla birlikdə bu gün İstanbul Ədalət Sarayına gedən iş adamı araşdırmanı aparan Terror və Mütəşəkkil Cinayətlərlə Mübarizə Bürosunun prokuroru Əkrəm Aydınərə təkrar ifadə verib.
O, tanımadığı şəxslər tərəfindən izlənilməsi ilə əlaqədar şikayət edib. Müğənninin həyat yoldaşı həmin adamların kimliyi barədə heç bir məlumatının olmadığını bildirib. Ə.Aydınər R.Zərrabı izləyənlərin şəxsiyyətinin araşdırılması istiqamətində işlərə başlayıb.