Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın yeni fotosu yayılıb. ANS PRESS-in məlumatına görə, 1 oğul anası olan Arzu Əliyevanın fotosu sosial şəbəkədə paylaşılıb.
Fotonu paylaşan isə akademik Nərgiz Paşayevanın qızı Aida Mahmudovadır. Şəkildə Arzu Əliyeva ilə yanaşı, xalası qızı, “Nərgiz” jurnalının redaktoru Ülviyyə Rəhmanova da yer alıb.
Üç qız bir evin pilləkənlərində oturublar. İlkin görünüşə görə, onlar yeni ilə hazırlaşırlar.
Digər fotoda isə Ü.Rəhmanova oğlu Arif və Arzu ilə yer alıb.
Qeyd edək ki, Arzu Əliyeva Rusiyada yaşayan azərbaycanlı iş adamı Səməd Qurbanovla ailəlidir.
ANS PRESS dövlət başçısının qızının yeni fotolarını təqdim edir.