“O səs Türkiyə”nin növbəti duel günündə daha bir azərbaycanlı səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, İsmayıl Qubliyev adlı iştirakçı Gökhan Özoğuzun komandasındadır. O, komanda yoldaşı Nurcanla Sezen Aksunun “Keskin Bıçaq” mahnısını oxuyub. Tamaşaçıların istəyi ilə onlar mahnını ikinci dəfə səsləndiriblər.
Sonda Gökhan yarışmaya İsmayılla davam etmək istədiyini bildirirərək, onu duelin qalibi edib.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.