Əməkdar artist Gülnar Salmanova sabah əməliyyat olunacaq
Böyrək çatışmazlığından əziyyət çəkən sevimli aktrisa atvxəbər.az-ın əməkdaşı ilə söhbəti zamanı qeyd edib:
“Böyrəyim “otkaz” edib. Sabah əməliyyata gedəcəyəm. Damarı genişləndirəcəklər. Səhiyyə Nazirliyi bütün xərcləri öz üzərinə götürüb. Sənət yoldaşlarım hər biri mənə baş çəkir, sağolsunlar, hər kəsdən çox razıyam. Yaxşı olacağam, bilirəm”.