FaktXəbər-in verdiyi məlumata görə, Türkiyədəki 17 dekabr 2014 əməliyyatıyla əlaqədar həbs edilən, sonradan barəsində bəraət qərarı çıxarılan iş adamı Rza Zərrab, sahibi olduğu ARE Aviasiya Şirkətinə təxminən 58 milyon dollarlıq “Gulfstream G550” model təyyarə alıb.
Təyyarənin fotoşəkilləri Zərrabın sahibi olduğu Royal Holdinqin Facebook səhifəsində paylaşılıb.
Xatırladaq ki, 17 Dekabr əməliyyatından sonra Rza Zərrabın mülklərinə də həbs qoyulmuşdu. Qərarla Rza Zərrabın sahibi olduğu “Challenger 300” tipli təyyarənin Xalq Bankından lizinq yolu ilə alındığı ortaya çıxmışdı. Rza Zərrab əməliyyat nəticəsində həbs olunduqda təyyarənin kreditləri ödənmədiyi üçün onun bank tərəfindən müsadirəsi gündəmə gəldi. Ancaq Rza Zərrab həbsdən çıxdıqdan sonra toplanmış kreditləri ödəyib, təyyarəni geri aldı.
Zərrab keçən həftə Royal Holdinq, Royal Dənizçilik, Royal Minicilik, ARE Aviasiya və Sapfir Qızıl şirkətlərini Məclisi Mebusan Prospekti, 67 nömrəli binada birləşdirib.