Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilmiş silahlı basqın zamanı ölənlərin sayı 12-yə çatıb.
Virtualaz.org saytının Fransa KİV-lərinə istinadən verdiyi xəbərə görə, polis bildirir ki, yaralılardan biri keçinib. Daha 4 nəfər kritik vəziyyətdədir.
Prezident Fransua Olland hadisə yerinə baş çəkib və redaksiyaya basqını “barbarlıq aktı, terror” adlandırıb. O, elan edib ki, Parisdə ən yüksək təhlükəsizlik səviyyəsi elan edilib.
“Bu, jurnalistlərə qarşı yönəlmiş barbarlıq aktıdır. Biz söz azadlığını müdafiə edəcəyik”- deyə Olland bildirib.
Fransa prezidenti deyib ki, son həftələr ərzində ölkədə bir neçə terror aktının qarşısı alınıb. Olland həmçinin azı 11 nəfərin öldüyünü təsdiqləyib, daha dörd nəfərin kritik vəziyyətdə olduğunu deyib.
Bəzi məlumatlara görə, jurnalın baş redaktoru Stefan Şarbonye də yaralılar arasındadır, onun vəziyyəti kritikdir.
****
Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində 11 nəfər öldürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, silahlı insident nəticəsində 5 nəfər də yaralanıb.
“Kalaşnikov markalı avtomat və qumbaraatanla silahlanan şəxslər Parisin 11-ci dairəsində yerləşən “Charlie Hebdo” jurnalının ofisinə hücum ediblər”, – deyə hadisə şahidlərindən biri bildirib.
Bundan əlavə yayılan məlumatlarda cinayətkarların hadisə yerindən avtomobilə uzaqlaşan zaman piyadanı da vurduqları bildirilir.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
http://s017.radikal.ru/i421/1501/42/246707aa3bc5.jpg
http://s019.radikal.ru/i600/1501/21/6ab5873dd4f3.jpg
http://s009.radikal.ru/i310/1501/fa/b88e8c937f53.jpg