Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bunu yaradan səbəblər aradan qaldırılarsa, ləğv edilə bilər. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə bunu Almaniya kansleri Angela Merkel Ukraynanın baş naziri Arseniy Yasenyukla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya Minsk razılaşmalarına əməl etsə, rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalar aradanq qaldırıla bilər.
Angela Merkel onu da bildirib ki, Rusiyanın verdiyi sözə riayət edəcəyinə ümid etmir.