Türkiyənin Kocaeli və Balıkesir şəhərlərində cinayət hadisəsi qeydə alınıb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Kocaelidə Barış.K adlı şəxs 16 yaşlı nişanlısı Hatice Vanlını mübahisə zamanı bıçaqlayıb. Bununla hirsi soyumayan Barış.K nişanlısının 41 yaşlı anası Serap Atakı bıçaqlayaraq öldürüb.
İkinci cinayət hadisəsi isə Balıkesir şəhərində baş verib.
59 yaşlı Dudu Çapar birlikdə yaşadığı H.K ilə mübahisə edib. Bu mübahisə böyük davaya səbəb olub. Dudu Çapar aldığı ağır zərbələrə görə dünyasını dəyişib.
Qatil polisə təslim olub.