Rusiyanın “Qazprom” şirkəti Türkiyənin “Akfel Gaz” şirkətinin nəzarət səhm paketini alır.
Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu sövdələşmə “Qazprom”un Rusiya qaz bazarındakı mövqelərini möhkəmləndirəcək.
Bir neçə gün əvvəl məlum olub ki, “Akfel Gaz”ın səhmdarları Fatih Mehmet Baltacı, Murad Abdulrahman Baltacı və Melike Baltacı şirkətin səhmlərinin “Qazprom”a satışına icazə verilməsi üçün Türkiyənin antiinhisar komitəsinə müraciət edib.
“Akfel Gaz” şirkəti Baltacı ailəsi tərəfindən 2011-ci ildə yaradılmış “Akfel Enerji” şirkətinin tərkibinə daxildir və 2012-ci ildə Rusiyadan təbii qaz idxalına lisenziya alıb. Elə həmin il Baltacı ailəsi Azərbaycanın enerji nəhəngi SOCAR-la ortaqlıq yaradıb. Belə ki, Baltacı və Fettah Temincenin birgə şirkəti olan “Çığ Enerji” SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” ilə
Fatih Baltacı
Türkiyə bazarında enerjidaşıyıcılarının topdan və parakəndə satışı ilə məşğul olmaq üçün “SOCAR Gaz Ticareti AŞ”ni yaradıb.
Birgə şirkət SOCAR-ın Petkim neft-kimya kompleksi üçün Türkiyəyə nəql etdiyi 1,2 milyard kubmter qazın 700-800 milyon kubmetrinin parakəndə satışını həyata keçirmək hüququna malikdir.
“Akfel Gaz”ın “Qazprom”la əvvəl bağladığı müqaviləyə əsasən şirkət Rusiyadan ildə 2,25 milyard qaz idxal etmək hüququna malikdir. Bu müqavilə 30 illikdir. İndi “Qazprom”un “Akfel”in nəzarət səhm paketini alması Rusiya şirkətinin Türkiyənin enerji bazarındakı mövqelərini möhkəmləndirəcək.
“Qazprom” həmçinin Türkiyənin təbii qaz idxalı lisenziyası olan “Bosphorus Gaz”ın səhmlərinin 71 faizinə malikdir. “Akfel”in səhmlərinə malik olandan sonra “Qazprom” Türkiyənin 4,75 milyard dollarlıq qaz idxalına nəzarət etmiş olacaq. Bu, Türkiyənin idxal etdiyi qazın təxminən onda biridir.
Fettah Temince
Türkiyə mətbuatının yazdığına görə, həm Baltacı ailəsi, həm də onun ortağı olan Fettah Temince prezident Ərdoğana yaxın şəxslər hesab edilirlər.
Bundan əvvəl “Qazprom” Gürcüstanın strateji əhəmiyyətli Poti terminalının, habelə Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstanla neft daşımaları, neft məhsullarının parakəndə satışı aktivlərinin sahibi olan “Petrocas Energy”nin səhmlərinin 49 faizini almaq barədə razılaşma əldə edib.
“Petrocas Energy”nin sahibi gürcü milyarder David Yakobaşvilidir və bu sövdələşmə Gürcüstanda ciddi narahatlıq doğurmuşdu.