FİFA 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermə zamanı Portuqaliya millisinin və “Real”ın oyunçusu Kriştiano Ronaldo 3-cü dəfə bu mükafatın sahibi olub. Səslərin 37,66 faizini toplayan Kriştianu Ronaldo rəqibləri Lionel Messi (15,76%) və Manuel Noyeri (15,72%) qabaqlayıb.
Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin ən güclü məşqçisi seçilib.
İlin qolu 2014-cü il Dünya Çempionatında 1/8 finalda Uruqvuya vurduğu möhtəşəm qol ilə Xames Rodriqes seçilib.