Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayırıb.
Bütövlükdə altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitab “Nəticə” və ədəbiyyat siyahısı ilə tamamlanır.
“Çin Xalq Respublikası beynəlxalq münasibətlər sistemində” adlanan birinci bölmədə Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələrinə nəzər salınır. Azərbaycan-Çin əməkdaşlığı isə ayrıca yarımfəsildə geniş təhlil obyekti kimi çeşidli faktlarla araşdırılır.
AzerTac