Çinin Quansi vilayətində yaşayan 4 yaşlı Nun Çjan artıq dünyada məşhur uşaq sayıla bilər. Onun evdə çəkilmiş videosuna sosial şəbəkələrdə on milyonlarla insan baxıb.
Milli.Az bildirir ki, 4 yaşlı Nun Çjan kun-fu məşqləri keçir və nunçakalarla məharətlə davranır.
O, əfsanəvi Brüs Linin fanatıdır.
“Mən də böyüyəndə Brüs Li kimi olmaq istəyirəm. Bunun üçün çox çalışacağam”, – Nun deyib.