“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti ətrafında yaranmış qalmaqal böyüyüb.
“AzerRos”un Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov modern.az-a qalmaqalla bağlı açıqlama verib.
“Deyirlər yalan ayaq tutar, amma yeriməz. Amma ayaq da tutar, yeriyərmis də. Biz son günlərdə bunun sahidi olduq. Bu günlərdə “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti haqqında Azərbaycan mətbuatında yayılan məlumatların ictimaiyyəti necə çaşdırdığını, vicdanın pula necə asanlıqla satıldığını bir daha gördük”-deyə V.Abbasov bildirib.
O, “AzerRos”la bağlı Azərbaycanda yayılan məlumatlara, Abbas Abbasovun “AzerRos”un Ağsaqqalar Şurasının sədri postundan kənarlaşdırılması haqda deyilənlərə münasibət bildirib:
“Doğrudan da noyabr ayından etibarən “AzerRos”da qurumun prezidenti Asif Məhərrəmova qarşı haqlı etirazlar başladı. Təşəbbüskarlara Asif Məhərrəmovun istefasına nail olmaq üçün hamımız dəstək verdik. Nəticədə Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun təklifi ilə Asif Məhərrəmov özü istefa verdi. Hamı problemin bitdiyini zənn edərkən aydın oldu ki, heç də belə deyilmiş. Sən demə, Söyün Sadıqov adlı şəxsin könlünə “AzerRos”a rəhbər olaraq qayıtmaq düşübmüş”.
Vidadi Abbasov deyib ki, yanvarın 15-də “AzerRos”un Federal Şurasının iclası çağırılıb, Ədliyyə Nazirliyinin nəzarəti altında keçirilən və tamamilə legitim olan bu iclasda qurumu parçalamaq istəyən “Təskilat komitəsi” ləğv edilib və iki ay müddətində qurultay keçirilməsinə qərar verilib.
“Təəssüf ki, ləğv olunmuş komitə üzvləri çoxluğun qərarına hörmət göstərmək əvəzinə, yanvarın 17-də Moskvada “qurulay” adı altında bir toplantı keçirdilər. Həmin iclasda iştirak edənlərin yarısından çoxu “AzerRos”a heç bir aidiyyatı olmayan adamlar idi. “AzerRos” seçkilərinin legitim olmasını təmin edəcək təşkilatların yalniz 25%-i buradaydı. Təşkilatların böyük əksəriyyəti yalandan özünü Putinin səlahiyyətli nümayəndəsi kimi qələmə verən Söyün Sadıqovun dəvətini qəbul etməmiş və bu qurultay deyilən yığıncağa gəlməmişdi. Bu halda aldadıldıqlarını və qəbul olunacaq qərarların hüquqi qüvvəsinin olmayacağını başa düşən həmkarlarımız “qurultayın” mart ayına qədər fasilə verməsini tələb etdilər və dağılışdılar.
Buna baxmayaraq, Azərbaycanda olan bəzi kütləvi informasiya vasitələri yalan məlumat yaymaqdan çəkinmədi”.
V.Abbasov daha sonra “AzerRos”la bağlı bildirib:
“Qurum ətrafında yaranmış məsələlərə tam məsuliyyətimlə belə aydınlıq gətirmək istəyirəm:
1. “AzerRos”un Ağsaqqallar Şurasının ləğv olunması və Abbas Abbasovun vəzifəsindən kənarlaşdırılması haqda verilən xəbərlər tamamilə yalandır.
2. “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti parçalanmayıb və parçalanması mümün deyil. Kənar qüvvələrin təsiri altına düşmüş bir neçə həmkarımızın yenə “AzerRos”da işlərini davam etdirəcəklərinə əminəm.
3. Söyün Sadıqov özünü Rusiya prezidentinin səlayihətli nümayəndəsi kimi təqdim etməklə ictimaiyyəti aldadır. Bu gün isə Rusiyada güclü Azərbaycan diasporunun olmasını istəməyən qüvvələrin sifarisini yerinə yetirir”