Futbol hakimi Hollandiyanın aşağı liqalarından birnin oyunu zamanı dirsək zərbəsi ilə oyunçunun burnunu sındırıb. Musavat.com xəbər verir ki, məlumatı “Mirror” yayıb.
Məlumata görə, hadisə “Barendrext” və “Sxeveningen” komandalarının oyununda baş verib. Epizodlardan birində hakim Vim Brosvort qayda pozuntusunu və bunu əl işarəsi ilə göstərib. Lakin, o, əlini geniş açarkən sol tərəfdə qaçan “Sxevening”li futbolçu Mitçell van Qastelin sifətinə dirsəyi ilə vurub. Ntəicədə futbolçunun burnu sınıb.
24 yaşlı futbolçu dərhal xəstəxanaya aparılıb.
Musavat.com