Keşmiş polis rəisi, polkovnik Şahmar Paşayevə yeni vəzifə verilib. ANS PRESS-in məlumatına görə, Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi təyin edilib.
Bu barədə məlumatı onun oğlu Turabi Paşayev verib. Ş.Paşayevin oğlu da hüququ mühafizə orqanlarında çalışır. O, Qaradağ rayon 38-ci polis bölməsinin rəisidir.
Şahmar Paşayev uzun müddət Daxili İşlər Nazirliyi sistemində çalışıb. O, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonu 34, 37-ci Polis bölmələrinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.
Daha sonra Şamaxı Rayon Polis Şöbəsinin rəisi olub. O, səhəttindəki problemlə bağlı işdən çıxması haqqında ərizə yazmış, daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən azad olunmuşdu.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.