Qərb ölkələri Ukraynanın cənub-şərqindəki münaqişədən istifadə edərək Rusiyanın iqtisadi maraqlarını boğmaq və ölkə prezidenti Vladimir Putinin devrilməsini nail olmaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə “Arqumenti i Faktı” qəzetinə müsahibəsində Putinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bildirib.
“Əminəm ki, Qərb heç vaxt bizdən əl çəkməyəcək. Söhbət heç Krım və Ukraynadan da belə getmir. Əgər Krım olmasaydı belə, onlar başqa səbəb tapacaqlar. Rusiya Ukraynada olan böhranın aradan qaldırılması üçün əlindən gələni edir: Kömür, elektrik enerjisi tədarük etməklə de-fakto Ukrayna iqtisadiyyatına kömək edir, ölkənin şərqində isə çətinlikdə olan insanlara humanitar yardım karvanları göndərilir”, – deyə Peskov bəyan edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.