Dünən Bakıda məktəbli qız bıçaq yarası ilə xəstəxanaya yerləşririlib.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, 2000-ci il təvəllüdlü Musayeva Almaz Rövşən qızı kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib.
Xəstəxanadan bildirlib ki, Musayeva Almaz Rövşən qızı yanvarın 21-i saat 18:55-də xəstəxanaya gətirilib. Ona döş qəfəsinin ön hissəsinin sağ və sol yarısının və sol qasıq nahiyəsindən kəsilmiş deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hazırda Reanimasiya şöbəsindədir.
Reanimasiya Şöbəsindən bildirilib ki, xəstənin hazırkı durumu orta-ağırdır. Xəstə özünə gəlib artıq”.
Almaz Musayeva Suraxanı rayonu 85 saylı məktəb 8-ci sinif şagirdidir. O, münaqişə zəminində xalası oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bakı şəhər BPİ də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də saat 19 radələrində X.Ələkbərov küçəsində Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Almaz Musayevaya şəxsi mübahisə zəminində bıçaqla xəsarət yetiməkdə şübhəli bilinən, qohumu 1990-cı il təvəllüdlü Seymur Nəcəfov tutulub.
Qafqazinfo.az