İranlı gənclərin həyatından maraqlı fotolar yayılıb.
ANS PRESS-in məlumatına görə, daha çox sərt qanunları ilə bilinən İranda varlı gənclərin həyatı xeyli diqqət çəkir.
Bu ölkədə futbolçulara qızlarla selfi çəkdirmək, hicabı yanlış daşımağa görə cəzalar var. Hətta Facebook-dakı şərhlərə görə, insanları 20 il məhkum edirlər.
Ancaq buna baxmayaraq iranlılar yaxşı yaşamaq və dincəlməyi çox sevirlər. İnstagram-da yaradılan “Rich Kids Of Tehran” (Tehranın zəngin uşaqları) hesabından paylaşılan fotolarda İran gənclərinin sərgüzəştləri əks olunub.
ANS PRESS bu maraqlı görüntüləri sizə təqdim edir: