FaktXəbər-in verdiyi məlumata görə, Belçikanın Turne şəhərində kinofestival təşkilatçıları İŞİD-in hədəsindən sonra filmlərn nümayişini dayandırıblar.
Bildirilir ki, hədənin səbəbi «xarici dildə ən yaxşı film» kimi «Oskar»a namizədliyi verilən «Timbutku» kinosudur.
Franko-mavritaniya dilində olan bu film Malinin rayonlarından birini ələ keçirən terrorçular barədədir.
Festivalın proqramı yanvarın 27-nə kimi nəzərdə tutulmuşdu. Lakin dünən İmagix kinoteatrında keçirilən festival polisin tövsiyəsi ilə bağlanmışdı.
Qeyd edək ki, ayın əvvəlində anti-terror əməliyyatında iki şübhəli yaraqlı öldürüldükdən və 13 nəfər həbs edildikdən sonra Belçikada terror təhlükəsinin yüksək səviyyəsi elan olunub.
«Timbutku» filmi Amerikanın «Oskar» kinoakademiyasının mükafatına namizədliyi irəli sürülüb və rusiyalı rejissor Andrey Zvəqintsevin «Leviafan» lenti ilə rəqabət aparacaq