Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu dünən Moskva şəhərində dostları üçün konsert verib.
Aznews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın “vesti.ru” saytı yayıb.
Fevral ayının 4-də 70 yaşı tamam olacaq müğənni, bəstəkar və aktyor bununla özünün sayca 10-cu solo konsertini keçirib.
Qeyd edək ki, konsertdə rəsmi şəxslər iştirak etməyib. Bu görüş sadəcə dostlar üçün nəzərdə tutulub.