Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün üçüncü yoхlama oyununu keçirir.
Baş məşqçi Qurban Qurbanov yetirmələrini Bolqarıstan klubu ilə oyunda sınayır.
Belə ki, “Qarabağ”ın rəqibi “Levski” klubudur.
Qeyd edək ki, “Levski” 1914-cü ildə yaradılıb. Komanda tariхi ərzində 26 dəfə Bolqarıstan çempionu, 25 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokunun qalibi olub. Stoyço Stoyevin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.
“Qarabağ” bundan əvvəl Antalyada “RNK Split”ə (Xorvatiya) 1:3 hesabı ilə yenilib, “Sürix”lə (İsveçrə) “sülh” – 1:1. Ağdam klubu yanvarın 27-də “Legiya” (Polşa), 29-da “Mordoviya” (Rusiya), 31-də “Tarqu Mureş”lə (Ruminiya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
24 yanvar
19.30 Qarabağ (Azərbaycan) – Levski (Bolqarıstan)
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.