Bu gün ABŞ-ın Florida ştatındakı Doral şəhərində “Kainat gözəli-2014” müsabiqəsinin finalı keçiriləcək.
Müsabiqənin final mərhələsində 88 ölkənin təmsilçisi iştirak edəcək. Əsas şoudan bir neçə gün əvvəl müsabiqənin yarımfinalı keçirilib və aralıq hakimlər briqadası 15 finalçını seçib. Lakin onların kimlər olduğu bilinmir. Favoritlərin adları final şousunun başlanğıcında açıqlanacaq. Bundan sonra əsas münsiflər heyəti seçimi davam etdirəcək.
Qalib qiymətli tacla mükafatlandırılacaq və Nyu-York şəhərində bir il pulsuz yaşamaq hüququ qazanacaq. Çexiyanın Diamonds International Corporation şirkəti tərəfindən ağ qızıldan hazırlanmış tacın çəkisi 411 qram, dəyəri 300 min dollardır.
Modern.az xatırladır ki, Kainat gözəli-2013” Venesuelalı qız seçilmişdi. Qabriela İslerMoskvada keçirilən yarışının qalibi olmuşdu.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.