Ukrayna Mariupol qurbanlarını anır
Ukraynanın paytaxt Kiyev olmaqla bir çox şəhərlərində şənbə günü “Qrad” atəşinə tutulmuş Mariupol qurbanları anılır.
ANS PRESS-in məlumatına görə, paytaxt Kiyevdə minlərlə insan şəhərin əsas meydanı olan Maydana yığışıb, ölənlərin ruhuna şam yandırıblar.
Mariupolun özündə də insanlar Lenin meydanına yığışaraq ölənləri yad ediblər.
Qeyd edək ki, şənbə günü Ukraynaın Mariupol şəhəri güclü artilleriya atəşinə məruz qalıb. Nəticədə 30 nəfər həyatını itirib, 102 nəfər yaralanıb.
Ukrayna rəsmiləri atəşin qondarma “Donetsk Xalq Respublikası”ndan yönləndiyini iddia etsə də, əks tərəf ittihamları qəbul etmir.