Sosial şəbəkələrdə yayılan bir foto hər kəsin diqqətini cəlb edib.
Bir gəncin “Flame Towers”dən etdiyi “selfie” görənləri təəcübləndirib. Çoxları bu fotonu orada çalışan fəhlələrdən birini çəkdiyini deyib, bəziləri isə bu şəklin montaj olduğunu iddia edib.
Azxeber.com məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu şəkli çəkən Bob Unique adlı xarici vətəndaşdır. Promalpinist olan Bob “Flame Towers”dən çəkdiyi foto və videoları təqdim edib.