Ermənistanın gənclər və idman naziri Qabriel Kazaryan ölkəsinin bu ilin iyununda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcəyini bildirib.
Modern.az saytı Ermənistan mətbuatına isitnadən xəbər verir ki, erməni nazir bu barədə açıqlamanın bir qədər sonra elan olunacağını deyib:
“Bu il bizi böyük sınaq gözləyir – Bakıda Avropa Oyunlarının keçirilməsi gözlənilir. Bütün idmançılar, xüsusən güləşçilər üçün çətin il olacaq. Mən şəxsən fikirləşirəm ki, Ermənistan Bakı Avropa Oyunlarında iştirak etməlidir. Bütün tərəflər- rəsmi Bakı, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi bizim idmançıların təhlükəsizliyinə təminat verirlər”.