Dünya şöhrətli aktrisa geyimi ilə heyran qoydu. ANS PRESS-in məlumatına görə, tanınmış Keyt Hadson qırmızı donu ilə qatıldığı moda nümayişində bütün diqqətləri üzərinə toplaya bilib.
Aktrisa Parisdəki moda həftəsinə “Versace”nin yeni kolleksiyasının təqdimatına qeyri-adi yarı şəffaf geyimlə qatılıb.
35 yaşlı Keyt təqdimatda modelləri belə kölgədə qoyub.
O, təqdimata anası və “Versace” markasının rəhbəri Donatella Versace ilə birlikdə gəlib.