26 yanvarda İrəvanda daha bir anti-Rusiya aksiyasının keçiriləcəyi xəbəri yayılıb. Ermənilər Gümrüdə yeddi nəfər qətlə yetirən Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun erməni tərəfə verilməsi tələbində israrlıdırlar.
Son günlər Rusiya və Ermənistan kəşfiyyatı ictimai rəyi Gümrü hadisəsindən yayındırmaq üçün çox çalışdı. Hadisədə “Türkiyə və Azərbaycan izi” axtarmaqdan tutmuş, Qarabağ cəbhəsində iri çaplı silahların işə salınmasına, atəşkəsi həmişəkindən artıq pozmağa qədər hər şeyə getdilər.
Rusiyanın marionetkası olan Sərkisyan rejimi qəzəbli ermənilərin diqqətini Gümrü bazasından və özünün mağmınlığından yayındırmaq üçün bu mərhələdə erməni əsgər və zabitlərini qurban verməyi daha üstün tutur. Nəticə ortadadır – ermənilər son günlər təqribən 10 əsgər və zabit itirib. Hərçənd erməni təbliğatı iddia edir ki, Azərbaycan guya 14 itki verib. Ancaq şübhə yox ki, düşmən ölkənin rəhbərliyi bu kimi dezoları onsuz da hərtərəfli bədbəxt olan erməni əhalisini sakitləşdirməyə hesablanıb. Həyasızlığın həddinə baxın ki, Azərbaycana qarşı diversiya cəhdi göstərərkən məhv edilən leytenant Karen Qalstyan və əsgər Artak Sarqsyanın ölümünə görə cinayət işi başlanılıb. İddia olunur ki, diversiyanı Azərbaycan tərəf həyata keçirib.
Beləliklə, Sərkisyan rejimi saxta məlumatlarla ermənilərin başını qatmaqdadır. Keçən ilin 12 noyabrında məhv edilən erməni hərbi vertolyotu Ağdam səmasında, bizim hərbçilərin mövqeyinədək uçanda da ayıq ermənilər hakimiyyətdən şübhələnmişdilər. Deyirdilər ki, vertolyotun Azərbaycan ordusunun “burnunun ucuna”dək uçmasına görə Sərkisyan hakimiyyəti cavab verməlidir. O zaman belə bir ağır itki Serj Sərkisyana çox lazım idi – erməni ictimaiyyətini Avrasiya Birliyinə üzvlüyün “vacibliyinə” inandırmaq üçün. İrəvan belə bir təbliğat aparır ki, Rusiya olmasa, Ermənistan Türkiyə və Azərbaycan tərəfindən məhv edilər. Ancaq ermənilərin rus əsgərə qəzəbi yenə soyumur…
Ermənistandakı anti-Rusiya dalğasının uzunömürlü olmayacağı, səngiyəcəyi qənaətində olanlar da az deyil. Düzdür, 2013-cü ilin yayında Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş Ermənistan vətəndaşı, sürücü Qraç Aratunyan göz yaşları içində, qadın xalatında məhkəməyə gətiriləndə də dünya erməniləri əsib-coşmuşdu. Onda da Rusiya Ermənistan vətəndaşını özü mühakimə etdi. Sonralar sakitlik yarandı, olanlar unuduldu. Ancaq o vaxt Rusiya indiki ağır durumda deyildi, dərin böhrana girməmişdi. Bu günsə ermənilər fəlakətli perspektiv gördükləri halda batan Rusiya gəmisində qalmaq istəməzlər yəqin ki.
Kəsəsi, tarixi şərait yaranıb. Bəşəriyyətin bədxassəli şişi olan erməni xəstəliyi “soyqırım” şoularına kökləndiyi bir məqamda çətin sınaqlarla üz-üzə qalıb. Düzdür, katolikos 1-ci Aram da daxil bir çox ermənilər Eçmiədzində keçirilməsi planlaşdırılan “soyqırım” tədbirlərinin təşkili ilə bağlı Ermənistana gəlib. Ancaq bu gün əsas məsələ Gümrü soyqırımıdır, 100 il öncə ilə bağlı nağıl yox. Gümrü olayına cavab olaraq Stavropoldakı ermənilər bir rus hərbçisini qətlə yetirdi və indi ruslar aksiya keçirib “Rədd olsun ermənilər” deyirlər…
Proseslər bizim faydamızadır. Ancaq Azərbaycan bu situasiyanı sadəcə, seyr etməməli, üzərinə düşəni etməlidir. Gözləməyək ki, erməni günün birində torpaqları azad etmək qərarını verəcək. Hələ bu durumda Suriya ermənisi Arutyun Pambukçyanı ailəliklə Laçın rayonunun Zabux kəndində Livan erməniləri üçün salınan 150 evlik kəndə köçürürlər. Bunlarla öz diliylə danışmaq lazım gələcək. İlanın başını əzəndə belə quyruğu tərpənir. Elə rus ekspert də erməniləri quyruğa bənzətmişdi…
Sözsüz ki, bu situasiya Qərbə bağlı dairələr üçün göydəndüşmədir. Onlar anlayırlar ki, Ermənistan Rusiyanın boyunduruğunda getdikcə dünyada bu ölkəyə hörmət olmayacaq. Odur ki, növbəti dəfə xalqı meydana çağırırlar. Helsinki Vətəndaş Assambleyasının təmsilçisi Artur Sakuns deyib ki, Sərkisyanı erməni xalqının maraqları yox, hakimiyyəti düşündürür. 26 yanvar aksiyası ilə bağlı bəyanatda bu sözlər diqqət çəkir: “Biz Ermənistan hökumətindən və Rusiya tərəfindən Gümrüdəki Avetisyanlar ailəsinin 7 üzvünün qətlə yetirilməsində günahlandırılanın erməni hüquq müdafiəçilərinə təhvil verilməsini tələb edirik!”
Göründüyü kimi, hədəf təkcə rus bazası deyil. Sərkisyan da özünü qorumaq üçün hələ nə qədər erməni əsgərini Qarabağda qurban verəcək. Odur ki, şanlı ordumuz növbəti “ovu”nu gözləsin!