Şəmkirin Seyfəli kəndində baş verə yanğın bir fermeri müflis edib.
ANS TV-nin məlumatına görə, kənd sakini Faiq Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alovun qarşısını almağa çalışan sahibkar buna nail ola bilməyincə, köməyə yanğınsöndürənləri çağırıb.
Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə alovun yayılmasının qarışı alınıb. Amma buna baxmayaraq fermanın tavanının 80 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Sakibkara dəyən ziyan bununla da bitməyib. Belə ki, hadisə nəticəsində fermada olan 8 min quşdan təxminən yarısı tələf olub.
Yanğının baş vermə səbəbləri araşdırılır.